Читать онлайн книгу "Tomris Xan"

Tomris Xan
ЖЏhmЙ™d Haldun DЙ™rzioДџlu


Əhməd Haldun Dərzioğlunun “Tomris xan” romanı, adından da bəlli olduğu kimi, məşhur türk hökmdarı, qəhrəmanlığı, şücaət və mərdliyi ilə tanınan Tomris haqqındadır. Əsəri oxuduqca yalnız qədim türk tayfalarının həyat tərzi, məişəti, eləcə də mövcudluğu uğrunda fars hökmdarı Kirə qarşı apardıqları mübarizə haqqında əhəmiyyətli məlumatlar əldə etməyəcək, eyni zamanda yazıçının maraqlı üslub və lakonik təhkiyə ilə təsvir etdiyi gözəl sevgi əhvalatının şahidinə çevriləcək, bu sevgiyə sadiq qalmaq üçün göstərilən mərdliyə heyran qalacaqsınız.




ЖЏhmЙ™d HALDUN DЖЏRZД°OДћLU

















Tomris xan

roman



































İgid, mərd, qəhrəman türk qadınlarını hörmətlə salamlayaraq…





DЙ™yЙ™rli hЙ™yat yoldaЕџД±m FikriyyЙ™ DЙ™rzioДџluna

































Çöllərin hakimləri





Köklərinin müqəddəs Göy üzünə söykəndiyinə, Göy Tanrının buyruğu ilə bütün cahanı idarə etmək üçün yaradıldıqlarına inanırlar. Onlara rəhbərlik edən və Göy üzünə bağlı olan xaqan ailəsi ilahi qüvvəyə sahib olur, bu qüvvənin köməyi ilə bütün cahanı idarə edir. İnanclarıyla üst-üstə düşən, keçmişdən gələn təcrübələrlə bərkimiş, güclü və dəyişməz ənənə sahibi olmaq şərəfini daşıyırlar.

Çayların, göllərin sahillərində dünyaya göz açırlar. Çətin çöl şəraitində yaşayır, dağlarda, düzənliklərdə böyüyürlər. Lazım gəldikdə canları bahasına olsa belə, vəhşi heyvanlarla dolu mağaralara da sığına bilirlər. Atları onların hər şeyidir, ən böyük var-dövlətləri olan sürülərinin arxasından ayrılmırlar.

Çöllərin hakimi olmaq yaşamaq üçün ən vacib səbəbləridir. Çöllər onlarındır, onlar da çöllərin.

Məhsuldar torpaqlar axtarır, tapdıqca özlərinə yurd seçib ora köçürlər.

Köçdükləri yer yurddur. Toxunulmazdır.

Həyatlarının bütün mərhələlərində çətin təbiət şərtləri çıxar qarşılarına. Yaşamaq üçün var gücləri ilə mübarizəyə başlar, davam gətirər, təslim olmazlar. Güclü olmalarının bir səbəbi də bu mübarizələrdən qalib çıxmalarıdır. Ən kiçik yaşlardan etibarən mübariz olmaq üçün təlimə başlayarlar. Çünki buna məcburdurlar. Hər biri yaxşı döyüşçü, əsl qəhrəmandır.

Döyüş həyatlarının mənası, həqiqəti və dəyəridir. Bütün cahan döyüş təcrübəsini və döyüş meydanındakı hünəri onlardan öyrənib, igidlik onların adı ilə eyni tutulub. Qızları, igid ərləri və bütünlükdə xalq at minməyi, ox atmağı, qılınc oynatmağı, bıçaq işlətməyi, nizə sancmağı ustalıqla bacarır.

BaЕџqa cГјr var ola, yaЕџaya bilmЙ™zlЙ™r.

Tanrı onları çöllərə güclü olsunlar deyə göndərib. Yumşaq döşəkdə yatarkən ölmək ən böyük qorxuları, ən böyük utanclarıdır. Ən böyük duaları yay çəkə bilməyə gücləri yetərkən, at belində döyüşərkən uçmağa varmaqdır


. Tanrının yazdığına boyun əymək isə ən böyük vəzifələridir.

Sonda qalxdıqları mərtəbə inandıqları Göy üzüdür. Göy Tanrının sonsuz çölləri döyüşçü kimi yaşayıb döyüşçü kimi Tanrı qatına yüksələnlərin, müqəddəslik zirvəsinə qalxanların sonsuza qədər xidmətində olacaq.

Sonsuzluğa, əbədiliyə inanırlar, çünki Göy üzü sonsuzdur.

Çöllər ucsuz-bucaqsız genişliyi ilə onlara göy üzünün sonsuzluğunu xatırlatdığı üçündür, bəlkə də, çöllərə olan bu sevgiləri.

Göy üzü sonsuz, çöllər sonsuz.

Deməli, son yoxdur onlar üçün.

Günəşə, aya, ulduzlara – Göydə olan nə varsa, hamısına hörmət edirlər. Onlardan gələn hər işarəni bilir, ulduzları izləyərək yolu tapır, Göy işarələrini oxuyaraq gələcəklərini qururlar.

Göy üzünün müqəddəs qəhrəmanları yol göstərir onlara. Öyrətdikləri ilə önlərinə düşür, yollarına işıq salırlar.

Bəzən çöllər həyatlarını çətinləşdirər. Elə bil yoxlayar, sınaqdan keçirər onları. Quraqlıq, qıtlıq və şiddətli soyuqlar əzab verər. Sürüləri qırılar, ac qalarlar. Nə qədər qəhrəmanlarını alar Göy üzü.

Çöllər hər zaman vermir, alır da.

Amma yenə çöllərdən imtina etməz, onu atmazlar. Əhd edər, qurbanlar kəsər, Göy üzünə bağışlar və çölləri razı salarlar ki, rahat yaşamalarına kömək etsin.

Çöl onların anasıdır. Onları var edən, onları bəsləyən ana. Heç vaxt çöllərdən küsə bilməzlər.

Baş əyməz, əyilməzlikləri ilə saylarından, güclərindən qorxmadan bütün cahana, bütün xalqlara meydan oxuyarlar. Boyunduruq altında yaşamağı əsla qəbul etməzlər. Qolları zəncir götürməz. Yox olmayacaqlarını, unudulmayacaqlarını, qəhrəmanlıq və igidliklərinin dünya durduqca danışılacağını bildikləri üçün qorxmadan həyatla üz-üzə durarlar. Onlar var olduqca həyat onlardan çəkinər.

Möhkəm iradələri və igidlikləri ilə heç bir çətinlikdən qaçmazlar. Üsyankar olsalar da, yalnız Göyün qarşısında əyilərlər. Sağ dizlərini yerə vurub baş əyərək salamlayarlar Göy üzünü.

“Yerdə sağlam və dik dururamsa, yer məni qəbul edirsə, sənin sayəndədir!”

Dastanlar yaradarlar igidlikləri ilə. Övladlarına, nəvələrinə bu dastanları əmanət qoyub gedərlər. Onlar üçün dastanlar ilahi duadır. Dünya var olduqca söylənilən, dillərdə əzbər olan dua.

Onlar Г§ox qЙ™dimdЙ™n var olublar vЙ™ ulu babalarД±ndan qalan hЙ™yat tЙ™rzini davam etdirirlЙ™r, bu mГјqЙ™ddЙ™s amaldД±r.

SaylarД± az olsa da, Г¶zlЙ™rindЙ™n sayca Г§ox yaДџД± dГјЕџmЙ™nЙ™ qalib gЙ™lmЙ™lЙ™rinin dЙ™, azad yaЕџamalarД±nД±n da sЙ™bЙ™bi budur.

Göy altındakı hər yer yurdları, Göy üzü isə çadırları, evləridir.

Köçəri həyat yaşamaları onları araba üstündə hərəkət edən çadırlar düzəltməyə məcbur edib. Tez-tez yurd dəyişdikləri üçün daha çox dörd, altı, səkkiz təkərli arabaların üstündə qurduqları çadırlarda yaşamağı seçərlər. Təkəri onlar ixtira edib, bəşər sivilizasiyasına tanıdıblar. Tanrının hədiyyəsi olan keçə onlar üçün var edilib. Hər yerdə əllərindən tutur. Çadırlarda, örtüklərdə, səccadələrdə, geyimlərdə…

Tez-tez Г¶zlЙ™rinЙ™ bu sualД± vermЙ™yi xoЕџlayД±rlar:

– Keçə olmasaydı, nə edərdik?

Ailələr boylar şəklində birlikdə yaşayar, hakimiyyət bölgülərini özləri müəyyən edərlər. Haranı özlərinə yurd seçmək istəsələr, oranı almaq üçün mübarizə aparar, istədikləri yeri yurd edənə qədər savaşarlar.

Onları yurd seçdikləri yerdən uzaqlaşdırmaq asan olmaz. Bu, ölüm-qalım məsələsinə çevrilər hər zaman.

Onlarda mübarizəni yarımçıq dayandırmaq anlayışı yoxdur, can alıb-can vermək onlar üçün müqəddəs amaldır.

Tanrı onlara güclü qalmaları üçün çox mükafatlar verib. Keçə bunlardan yalnız biridir.

ЖЏn Й™sas vЙ™ Й™n dЙ™yЙ™rli mГјkafatlarД± isЙ™ onlarД± qanadlandД±ran atlarД±dД±r. DГјnya, yer ГјzГј at minmЙ™yi, qД±lД±nc oynatmaДџД± onlardan Г¶yrЙ™nib, lakin onlar qЙ™dЙ™r yaxЕџД± Г¶yrЙ™nЙ™ bilmЙ™yib.

Dünyanın ən nüfuzlu, ən sürətli, ən güclü və ən dözümlü atları onlarındır. Çöllərə yayılmış böyük at sürüləri zənginlikləri və qürurlarıdır. Atlarının müqəddəs Göy üzündən, Tanrı tərəfindən göndərildiyinə inanırlar


.

QanadlД± atlardД±r onlarД±n atlarД±.

Yaşayan igidi mükafatlandıracaq, el-obada məşhurlaşdıracaq, şərəfini Göylərə qaldıracaq tək vasitə.

TanrД±nД±n onlara verdiyi Й™n dЙ™yЙ™rli hЙ™diyyЙ™dir at. ЖЏtindЙ™n, sГјdГјndЙ™n, dЙ™risindЙ™n, sГјmГјyГјndЙ™n faydalanД±rlar.

Atlar ən yaxın dostlarıdır. İgidi atsız təsəvvür etmək igidlik anlayışlarına ziddir. Atları çox asanlıqla öyrədirlər. Onun üstündə, yanında, ya da döyüş meydanında olsunlar – fərq etməz, hər yerdə ona səsləri, əlləri, bədən hərəkətləri ilə buyruq verməyi bacarırlar. At sülh zamanı da, savaş zamanı da ən yaxın dostları olur.

“At demərəm sənə, kanqdaşım


deyərəm!” – söyləyəcək qədər çox sevərlər atlarını.

At südündən hazırlanmış qımız içərlər ki, güc, qüvvət versin onlara. Bəzən hiddətlənmiş başla əylənmək üçün də qımız içərlər. Qımız sağlamlıqdır. Qımız od olub yandırar bədənlərini.

OnlarД±nsa ГјrЙ™klЙ™ri od yГјkГјndЙ™ yanДџД±ndД±r onsuz da.

Göyə qurban kimi at verərlər, çünki yerin ən sürətlisi yaraşar ən müqəddəs, ən böyük, ən güclü olana.

Bir dЙ™ yaylarД± var.

Başqa heç millətdə olmayan güclü, sağlam, oxu uzağa atan, sümükdən hazırlanmış, cütqatlı, möhkəm yayları.

– Mən harda yaşayacağam, ey Ulu Tanrı? – deyə soruşarlar Göy üzündən. Tanrı onlara çölləri işarə edər.

– Çöllərdə yaşamaq çox çətindir. Əgər ucsuz-bucaqsız çölləri bizə yurd seçdinsə, silahımızı da ver, ey Ulu Tanrı! – deyə dua edərlər.

– Dünyanı idarə edəsən deyə səni yer üzünə göndərdimsə, əlbəttə ki, silahlandıracağam, – deyə səslənər Tanrı.

Onlar Tanrıya inandılar və müqəddəs amal uğrunda mübarizəyə başlamaq üçün gözlədilər. Yaşamaları, çöllərdə var olmaları üçün onlara keçə, at və ox verildi.

Onlar da vЙ™zifЙ™lЙ™rini yerinЙ™ yetirdilЙ™r. Allaha vЙ™ yaradД±lД±Еџ qayЙ™sinЙ™ xidmЙ™t etdilЙ™r.

Çöllərin sahibləri…

Çöllərdə qorunan, çölləri qoruyan qəhrəman və igid xalq – saklar.

Zamana hökm edən Tanrı Sak xalqına səlahiyyət verdi ki, adət-ənənəsini igidlik və ədalət üzərində qursun. Onlar da Tanrıya boyun əyib buyurduğunu etdilər. Yaradıldıqları məqsədlər naminə yaşamağa başladılar. Düşmənlər onları yox etmək üçün hücum edəndə Sak döyüşçüləri hər zaman hazırlıqlı oldular.

Ordu xalqın içərisindən çıxmış igid döyüşçülərin hesabına həmişə yağı düşmənlərin hücumlarının qarşısını aldı. Yoxedilməz olduğunu, boyunduruq, əsarət altında yaşaya bilməyə-cəyini sübut elədi bütün xalqlara.

Çöllər sahiblərini qorudu, onları həmişə qoynunda saxladı. Yer üzü onların varlığı ilə şərəf duydu. Tanrının əmri ilə hökm etdilər.

Yer üzü var olduqca hər zaman hökm edəcəklər də!

DГјnya, Cahan var olduqca.

AДџ Ећaman



Sanki yerinЙ™ yapД±ЕџmД±ЕџdД±. Qoparmaq mГјmkГјn deyildi. TanrД±dan Й™mr gЙ™lib Г¶lГјmЙ™ qovuЕџana qЙ™dЙ™r.

Qeybdən səs eşitmiş, müqəddəs amal uğrunda mübarizə aparması üçün ona şərəfli iş tapşırılmışdı. Bunu anlamaq heç də asan deyildi. Qeybdən gələn səslərin xüsusi dili, elmi var.

Sonda tapa bilmiЕџdi ona sЙ™slЙ™nЙ™n bu mГјqЙ™ddЙ™s Г§aДџД±rД±ЕџlarД±n iЕџarЙ™sini. ЖЏlbЙ™ttЙ™, Г§ox Г§Й™tinlik Г§Й™kmiЕџ, gГјnlЙ™r, gecЙ™lЙ™r boyu davam edЙ™n sД±xД±ntД±lar yaЕџamД±ЕџdД±. Ona yer bildirilmiЕџ, oranД± tapmasД±, orda qalmasД± buyurulmuЕџdu. SЙ™bЙ™bini soruЕџmadan qЙ™bul etmiЕџdi. AxtarmaДџa baЕџlamД±ЕџdД± deyilЙ™n yeri. Д°ЕџarЙ™lЙ™ri izlЙ™mЙ™k vaxtД±nД± Г§ox almД±ЕџdД±.

İlk dəfə gələndə çaşqın idi. Anladıqda isə az qala huşunu itirəcəkdi, güclə özünü ələ almışdı. Dastana mövzu olan, qorunmalı torpaqlar ona əmanət edilmişdi. Çox çətin vəzifə idi.

Müqəddəs torpaqlara yerləşmişdilər, köçərilik həyatı, gəzmələr sona çatmışdı. Halbuki, gəzməyi çox sevirdi.

Atadan oğula əmanət edilən bu müqəddəs vəzifəni daşımaq və davam etdirmək məcburiyyətində qaldığından heç cür yurd salmaq üçün yer bəyənə bilməmişdi. Demək olar ki, Sak yurdunun hər yerini, gedilməsi çətin olan uzaq torpaqları belə gəzmişdi.

Gəzmiş, görmüş, öyrənmişdi.

Get-gedə kiçilən, sərhədləri daralan Sak yurdu xəyalındakılarla üst-üstə düşməmişdi heç cürə. Keçmişdə saklar haqqında danışılanlarla indi sahib olduqları arasında çox böyük fərqlər görüb kədərlənmişdi. Tanrıya sığınmış: –“Əlbəttə, ən yaxşısını Sən bilirsən, Sak xalqı üçün ən gözəlini verəcəyinə əminəm! Əmrin müzakirə olunmaz!” – deyib qəbul etmişdi bu qisməti. Ancaq gələcəklə bağlı ümidləri ölməmişdi hələ də.

Bir vaxtlar yurd etdikləri torpaqların böyük hissəsini tərk etmiş olsalar da, bir gün yenidən güclənəcəklərini, onları geri alacaqlarını düşünərək bu ümidlə yaşamaqdadır saklar. Hər şey inanmaqla başladığı üçün övladlarına tarixlərini, keçmişdəki igidliklərini davamlı olaraq danışarlar. Bu gün əllərində olanın əslində ola biləcəklərdən daha az olduğunu dayanmadan təkrarlayar yurdun sərhədlərinə işarə edərlər.

“Gündoğanda Tanrı dağlarının o biri tərəfindən, günbatanda Xəzər dənizini keçdikdən, Qaf dağlarını aşdıqdan sonra, Günəş ölkəsini, Anadolu torpaqlarını böyük dənizlə qucaqlaşdıran o uzaq torpaqlara qədər bizimdir”


, – deyərlər.

“Bizim idi” deyil, “Bizimdir!”

Böyük Turan yurdu olmasa da, sahiblənmək və bir gün yenidən oralara hökm etmək üçün xəyal qurarlar.

“Bizimdir!”

Adını ulu əcdadları “Tur xan”dan alan bu torpaqlar “Turan eli” kimi anılır.

DГјnЙ™n hЙ™qiqЙ™t idi Turan, bu gГјn arzudur, ancaq sabah yenidЙ™n qurulacaq mГјqЙ™ddЙ™s Г¶lkЙ™dir!

Xəyaldır. Xəyallar isə qurulub. Baxıb görmək asandır artıq. İnsandan asılıdır. Görmək istəyən mütləq görər o müqəddəs ölkəni. Birlik, bərabərlik üçün bu ölkəyə sahib olmağı arzulayar.

Gözlər günbatanda, Turanın son sərhəddi kimi göstərilən, mavi rəngini Göy üzündən alan dənizi görməyə çalışar. Dalğaların sahillərə çırpılmasının səsini eşidər: “Turan”.

TanrД± daДџlarД±ndan Г§ox-Г§ox uzaqlardan baЕџlayД±b.

SЙ™rhЙ™dlЙ™ri yoxdur, Й™slindЙ™!

Sonsuzluqdan sonsuzluДџa uzanar.

Onu bu arzularla yetişdirdi atası, babasının atasını yetişdirdiyi kimi. Zamanı gələndə müqəddəs vəzifəsini yerinə yetirmək üçün yola çıxmazdan əvvəl bu əmri aldı:

– Hər yerdə bu haqda danış. Unutma, unutdurma! Unudan bizdən deyil. Unutduğun gün artıq yaşama. Çünki o zaman sən sən deyilsən.

O da zamanı gələndə bu müqəddəs amal üçün yola saldığı övladına həmin şərəfli vəzifəni əmanət edəcək.

Д°deallar ancaq bu cГјr yaЕџadД±lД±r.

Buraya gəlib yurd salana qədər bu torpaqları gəzməliydi. Görməyi, öyrənməyi lazım idi. Başqa yolu yox idi.

GЙ™ncdir!

Yerində dura bilməzdi. Üzərinə götürdüyü məsuliyyət onu rahat buraxmayacaqdı.

EvindЙ™n, xanД±mД±ndan, obasД±ndan ayrД±lmaq mЙ™cburiyyЙ™tindЙ™ idi. ГњrЙ™yindЙ™ yanan alovun iЕџarЙ™siylЙ™ yola Г§Д±xmalД± idi. Zaman getdi, dolanД±b geri qayД±tdД±.

Sonra yenə, yenə…

Əvvəllər təkbaşına, sonra oğlu böyüyüncə onunla birlikdə.

Onu böyütdükdən, öyrənməsi lazım olanları öyrətdikdən sonra bir daha obasına geri qayıtmadı. Əmri alan kimi gəlib bura yetişdi. Buranı təkbaşına yurd seçdi özünə.

OДџlunu yola saldД±.

– Çıx get! Bundan sonra nə sənin mənə, nə də mənim sənə ehtiyacım var. Ancaq yer üzünün sənə, mənim isə burda qalmağıma ehtiyacı var. Çıx get.

Atlara marağı olduğu üçün “Atlı Şaman” adını alan oğlu ata əmrini yerinə yetirmək üçün yollara düşdü.

Ağ Şaman buranı seçdi.

AtlД± Ећamana isЙ™ gЙ™zmЙ™k, araЕџdД±rmaq tapЕџД±rД±ldД±.

Tanrı Ağ Şamana bu torpaqları işarə etmişdi. Çünki Sak döyüşçüləri lap qədim zamanlardan gələn dastanın işığını daşıyır ürəklərində. Yer üzünə göndərilmiş, bənzərinə rast gəlinməyəcək Tanrı hədiyyəsi olan igid döyüşçünün dastanıdır bu.

Alp ЖЏr Tonqa. SaklarД±n ulu xaqanД±.

İgidlərin igidi, xanların xanı, döyüşçülərin döyüşçüsü Alp Ər Tonqa.

SaklarД±n qГјruru. Elmi, ruhu.

Uzun zamandД±r, saklarД± ulu xan Alp ЖЏr Tonqa soyundan gЙ™lЙ™n, qД±zД± Qaz qД±zД±n nЙ™vЙ™lЙ™ri idarЙ™ edib. Saklar bu mГјqЙ™ddЙ™s soya sahib Г§Д±xД±b, onu ucaldД±b.

Kökü müqəddəs Göy üzündən gələn, müqəddəs olan soydur.

Tur xan oДџlu, ZadЕџem xan oДџlu, PeЕџenk xan oДџlu Alp ЖЏr Tonqa xan.

Ağ Şaman baxdığı hər yerdə Alp Ər Tonqadan iz görür, hər yerdən onun haqqında danışan səslər eşidir. Qayalar, daşlar, topraq, su, ağaclar, quşlar onun haqqında qəhrəmanlıq salnamələri danışır.

Onun haqqД±nda Еџeir


deyir, ağı söyləyir:

– Alp Ər Tonqanın ruhu yaşayır!

AДџ Ећaman onun izlЙ™rini tapdД±.

– Bax, müqəddəs atı Akay ilə buradan keçib. Ardınca düşən yağı düşmənlərlə burada savaşıb. Atının tərkində daşıdığı yoldaşını burada endirib, göylərə göndərib.

Hər səfərində gözləri dolur. Olanları yenidən yaşayır.

– Bax, atı Akayla birlikdə məhz buradan atlayıb müqəddəs çaya!

O daДџД±n yamacД±nda o mГјqЙ™ddЙ™s Г§ayД±n sЙ™sini dinlЙ™yir. Г‡ay ona hЙ™r gГјn yenidЙ™n danД±ЕџД±r baЕџ verЙ™nlЙ™ri, sonra da Й™lavЙ™ edir:

– Belə igid daha gəlməz dünyaya!

– Gəlməz! – deyə cavab verir.

– Gələ bilməz! – deyə təsdiq eşidir.

Ancaq soyu yaşayır. Saklara başçılıq edir. Xalqını ucaltmaq üçün çırpınır, kökü Göy üzünə bağlı soylarına layiq olmaq üçün.

Alp xandД±r bu.

SaklarД±n xaqanД± Alp xan.

SaklarД±n baЕџД±nda o var indi. MГјqЙ™ddЙ™s vЙ™zifЙ™ onundur.

İsıkkul gölü yaxınlarındakı Ordu şəhəri sakların mərkəzi şəhəridir. Əvvəlki ecazkarlığı qalmasa da, bu müqəddəs şəhər Alp Ər Tonqanın əmanətitək hələ də mərkəz kimi qalır. Dinc əhalisi çox olsa da, şəhər düşmənlərin hücumuna qarşı həmişə şücaətlə dayanıb, müqavimət göstərib, qorunub.

Alp xan daim Ordu şəhərində qalmır. Köçərilik həyatını davam etdirmək üçün obasını uyğun yerlərdə qurur. Var olmaq üçün bu cür yaşayır.

Düşmənləri güclənib. Dörd tərəfdən hücum edirlər. Sanki sakları yox etmək üçün and içiblər.

Ən böyük təhlükə yenə də Cənubdan – İrandan gəlir. Sonsuza qədər uzanacaq kimi görünən Turan-İran savaşları davam edir.

İran hökmdarı, pis niyyətli Keyxosrovun Alp Ər Tonqaya qarşı etdiyi haqsızlıq unudulmayıb. Əlbəttə, bunun qisası alınıb, ancaq əhalisinin və ordusunun sayı çox olan İran düşmənçilikdən əl çəkməyib.

Xanədanlar dəyişdi, İran taxtı dəfələrlə nəsildən-nəslə ötürüldü, lakin düşmənçilik və məkrli siyasət öz yerində qaldı. Dövlətin adı dəyişsə də, Turan xalqına qarşı düşmənçiliyi olduğu kimi qaldı. Əllərinə keçən hər fürsətdə hücum etdilər. Sak yurdunu ələ keçirmək, sakları yox etmək üçün oyun üzərinə oyun qurdular. İşlətdikləri hiylələrlə hər zaman saklar üçün təhlükə yaratdılar.

İndi İran-fars dövlətinə Əhəməni xanədanından olan hökmdarlar hakimlik edir.

İranda hökm sürən dövlətin adı fars dövlətidir.

ЖЏhЙ™mЙ™ni xanЙ™danД± fars mЙ™nЕџЙ™lidir.

Hökmdarları isə Kirdir.




Ağ Şamana buraya gəlmək və burada qalmaq vəzifəsi tapşırıldı. Zaman keçdikdən sonra buralar onun üçün elə doğma yurd oldu. Artıq başqa yerlərə getməyi ağlından belə keçirmədi. Haqqın dərgahına buradan qovuşmaq, müqəddəs amal uğrunda vuruşaraq buradan Tanrı qatına yüksəlmək istəyirdi.

Bura onun üçün çox dəyərli yurd olmuşdu. Ruhu burda nəfəs alırdı. Bu torpaqları anlayırdı. Bu torpaqlarla danışır, onları dinləyirdi. Dərdlərini, sıxıntılarını paylaşırdı. Hər gün yenidən yaşayırdı baş verənləri. Çünki nə baş verirdisə, hamısını torpağa, daşa, suya danışırdı. Yurda olan sevgisi onu bu torpaqlara çox bağlamışdı.

“Yer üzü bilir ki, Alp Ər Tonqa gəlmiş-keçmiş ən müqəddəs döyüş əri, igidi kimi davasını bu torpaqlarda apardı. Bu torpaqlarda vuruşdu yağı düşmənlərə qarşı. Onlarla ox, qılınc yarası aldı. Ancaq yıxılmadı, təslim olmadı. Atının üstündən enmədi. Yıxa bilmədilər onu. Buradan atıldı müqəddəs çaya. Buradan yüksəldi müqəddəs Göyə! Qanı bu torpaqlarda axdı. İndi də müqəddəs ruhu ziyarət edir bu torpaqları, unudulmadığını duymaq üçün.

Alp Ər Tonqa. Tanrının müqəddəs, igid xanı”.

Ağ Şamanın astanası gündoğana tərəf böyük çadırı var idi. İnancına və adətlərinə əsasən girişi alçaq idi. Hər dəfə çıxarkən günəşi salamlamaq üçün.

GГјnЙ™Еџ doДџarkЙ™n Г§adД±rД±ndan Г§Д±xД±b ГјГ§ dЙ™fЙ™ Й™yilib qarЕџД±lardД± onu:

– Müqəddəs şüalarını üzərimizdən əksik etmə!

O günəşi heç vaxt yatdığı yerdə qarşılamazdı. Günəşin şüaları yer üzünü işıqlandırdığı anda ayaq üstə olardı. Günəş hər gün səhər Ağ Şamanı ayaq üstə salamlayardı.

Qış günəşi buludların arasında gizləndiyi zamanlarda belə, o, günəşin doğuş vaxtını bilir və gəlişini ayaq üstə gözləyirdi. Gözləmək məcburiyyətindəydi. Gün də, işlər də, müqəddəs amallar uğrunda mübarizə də məhz o zaman başlayırdı.

Bəzən ziyarətçiləri olurdu Ağ Şamanın. Yurdunun igid ərləri, ata dostları, dərdinə dərman diləyənlər, yolu düşüb gələn yolçular. Hamısı ilə bir-bir maraqlanar, danışar, dərdləşərdi. Ziyarətə gələn igidlərə Alp Ər Tonqa və onun döyüş meydanındakı şücaətlərindən geniş söhbət açardı.

Bəzən də onu çağırardılar. Ehtiyacı olub gələ bilməyənlər ta uzaqlardan onu yanlarına səsləyərdilər. Yalnız göndərənin və xəbər alanın xəbərdar olduğu çağırışlar idi bunlar.

Nadir hallarda isЙ™ atlД± xЙ™bЙ™r daЕџД±yanlar onu ziyarЙ™t edЙ™r, mГјxtЙ™lif ismarД±clar gЙ™tirЙ™rdilЙ™r.

Tanrı vergilisi, Tanrının qüdrətilə eyni yolu seçmiş, bu yolla irəliləmək məcburiyyətində qalan oğlu da ildə bir-iki dəfə gəlib onu ziyarət edər, danışılası bəzi mühüm məsələlər haqda danışar, məsləhət alardı.

XoЕџbЙ™xt yaЕџadД±qlarД± zaman idi AДџ ЕћamanД±n.

Müqəddəs Göy üzü adamı Ağ Şaman.

Sakların hörmətli Şamanı.

Ağ geyiminə və ağ bənizinə görə aldı bu adı. Cavanlığında – hələ saçına, saqqalına ağ düşməzdən əvvəl ağ rəngə olan sevgisinə görə, “Ağ Şaman” deyə çağırdı xalq onu. Qocaldıqca Ağ Şaman oldu.

AДџ rЙ™ngЙ™ olan sevgisini yuxuya baДџlayД±r AДџ Ећaman.

Şaman olan atası hər zaman Tanrıya dua edərdi. Oğlunun şaman olmaması üçün dua edərdi. Çünki onun sadə insan kimi yaşamasını istəyirdi.

“Mənə verdiyin yükü oğluma vermə. O, sadə insan, adi döyüşçü kimi yaşasın. Ruhlar uzaq olsun ruhundan. Nə olursa-olsun, onu narahat edəcək sıxıntılar yaşamasına icazə vermə!”

Müqəddəs Göy üzü igidi olmaq çox çətin vəzifədir. Şaman olmaq üçün şaman soyundan gəlmək lazımdır. Ona görə də oğlunu şaman kimi görmək istəmirdi. İstəmirdi, çəkdiyi sıxıntıları çəksin, onun kimi yaşamaq məcburiyyətində qalsın. Oğlu anlayacaq yaşa gələnə qədər bunun nə demək olduğunu başa düşməzdi.

Çox davam etmədi. Altı bahar gördüyü çağlarda, birdən-birə başqalarından fərqli olduğunu anladı. Səslər eşitməyə, kölgələr görməyə başladı. Əlbəttə, bir də sonu gəlməz qorxular. Daxilindən gələn gücü hiss edib hələ başlanğıcda pis ruhlar ona hücum edirdilər.

Şaman atası baş verənləri gördü. Anladı ki, oğlu onunla eyni yolda irəliləyəcək. “Nə etməli? – dedi. – Tanrının hökmünə qarşı gəlmək olmaz. Tanrıdan gələn hər şey qəbulumuzdur”.

Övladı dünyaya gələnə qədər oğlunun şaman olmaması, özü getdiyi yolu getməməsi üçün dua etmişdi, övladı dünyaya gəldikdən sonra isə Tanrının bu istəyinə boyun əymişdi.

AqillЙ™ cahilin fЙ™rqi budur.

Artıq geriyə yol yox idi. Övladı dünyaya gəldikdən sonra oğlunu yetişdirmək yolunu seçdi Ulu Şaman. Onu qarşıdakı çətinliklərə hazırladı.

Oğlu məhz o günlərdə – şamanlığa ilk addımlarını atarkən gördüyü yuxunu danışdı atasına:

– Dağların arasında qanlı çay axırdı. Mənsəbindən qan fışqırırdı. Ağ qarla bəslənirdi, ancaq rəngi dəyişmirdi. Çağlayaraq axır, bu qədər yolu qan qırmızı rəngi ilə aşırdı. Üzərimə gəlirdi, düz üzərimə. Qanda boğulacağımı düşünərək qorxurdum. Sonra yaxınlaşdıqca sürəti azaldı. Yumşaq-yumşaq ayaqlarıma dəydi. O anda rəngi açıldı və bir anda ağ oldu. Məni keçdikdən sonra artıq ağ suyla axdı. Təəccübdən donub qaldım, ata. Qanlı axan çay bir anda necə ola bilər ki…

– Ola bilər! – dedi atası. – Ola bilər! Bu, müqəddəs yuxudur.

NЙ™ desin?

– Ey oğul! Mənə, atama, babama və lap əvvəlki əcdadlarımıza verilən müqəddəs vəzifə indi də sənə verilib. İşin çox çətindir, bundan əvvəlki xoşbəxt yuxularını çox axtaracaqsan. Həyatın həqiqətlərlə yuxular arasında bir yerə sığınacaq. Bəzən həqiqətlə yuxunu qarışdıracaqsan. Yaşadığını, yoxsa öldüyünü bilməyəcəksən. Görəcəksən, ancaq görməzlikdən gələcəksən. Çarəni səndə axtaranlar olacaq. Çarəsiz olduğunu unudub onların dərdinə qalacaqsan. Ən çətin hallarda belə, qapına gələnlərə ümid yeri olacaqsan.

AtasД± o gГјn Й™lindЙ™n tutub mГјqЙ™ddЙ™s daДџД±n yГјksЙ™kliklЙ™rinЙ™ Г§Д±xardД±, orada mГјqЙ™ddЙ™s aДџac


əkdirdi. Balaca əllərinin əziyyət çəkməsinə, zəif bədəninin yorulmasına fikir vermədən: – “bu çox vacibdir”, – dedi.

Bu ağac onun daşıyacağı yükün bir hissəsinin hissəsi idi. – Sənə kömək olacaq. Onunla bir böyüyəcəksiniz… – dedi.

AДџac quruyub yox olanda o da yox olacaqdД±.

“Hər şamanın müqəddəs ağacı


var”, – dedi.

Qanlı çayın ağ çaya çevrildiyi yuxunu gördükdən sonra ağ rəngə qarşı sevgi yaranmışdı ürəyində. Hər şeyin ağ rənginə doğru axırdı ürəyindəki hisslər. Anlamayanlar üçün qəribə olsa da, atası vəziyyətini bildiyi üçün dinmirdi.

Nəticədə “Ağ” qaldı adı. Yaşlandı, “Ağ Şaman” oldu.

Ağ ilə sarılmış müqəddəs Göy əri.

– Nə üçün axı Göy rəng deyil, ağ oldu? – soruşdular hər dəfə ondan.

– Çünki Göy rəngi Göy üzünün haqqıdır. Al və qara da öz sahiblərini tapdı. Ağ isə mənə qaldı, – dedi.

Şamanlarda rənglə bağlı xüsusi seçim olmazdı. Ağ şaman, qara şaman


anlayışı güc və başqa bir neçə amillə bağlı idi.

AДџ Ећaman aДџ rЙ™ngdЙ™ tapmД±ЕџdД± yolunu.

“Getdiyim yol ağ mənim!” – deyirdi.

Bir yolçu idi o.

Atını dağlara tərəf çapanda atın dırnaqlarının qayalıqlar üzərindən keçərkən çıxardığı səs qarşı zirvələrdə əks olunurdu. Çox diqqətlə və ehtiyatla çapırdı atı. Getdiyi yerə tez çatmalıydı, ancaq atını da qorumaq məcburiyyətində idi. At onların ən sadiq dostu olduğu üçün əsla ona əziyyət verməzdilər. Yoluna davam etməliydi. Getməli olduğu bir neçə yer var idi. Ağ Şaman hələ çox uzaqdaykən hiss etmişdi atlının gəldiyini. Atlının ayaq səslərini duyması, təlatüm hissi, quşların və çöl heyvanlarının hərəkəti… Sonda isə səslər. Hamısı bunu deyirdi.

Bu səbəbdən çadırından uzaqlaşmamışdı. Atlı birbaşa ona doğru gəlirdi. Gördüyü yuxular pis xəbər alacağının işarəsini vermişdi. Həyəcanla gözləyirdi.

Şamanın yaşadığı yerə icazəsiz yaxınlaşmağın düzgün olmadığını bilən çapar çadıra iki yüz addım qalmış atını saxladı. Əvvəlcə ətrafına göz gəzdirdi. Heç kim yox idi. Sonra yüksək səslə səsləndi:

– Ulu Şaman…

Sonra bir anlıq cavab eşitmək üçün gözlədi. Müqəddəs Göy üzü ərənlərinin hər zaman hər şeydən əvvəlcədən xəbərdar olduqlarını bilirdi. Çaparın səslənməsindən xeyli əvvəl Ağ Şaman onun olduğu yerə tərəf enməyə başlamışdı. Bağıraraq cavab vermək, onu çağırmaq əvəzinə yanına gedib qarşılamağı məsləhət bilmişdi.

Çaparın gedəcəyi başqa yerlər olduğu üçün gözləməyə vaxtı yox idi.

– Ağ Şaman! Göy üzünün müqəddəs ərəni, Orda şəhərindən xəbər var?! Haradasan?

Atlı öz qarşılığını tapmayan səsinin əks-sədasından həyəcanlanmışdı, yerində dura bilmirdi. Atı da dayanmır, dəli çöl atları kimi kişnəyirdi. Bir o yana, bir bu yana dönərək üstündəki sahibinin tarazlığını pozurdu.

Əlbəttə, gördüyü otlar da diqqətini dağıtmasına səbəb olmuşdu. Halbuki, çapar bərk tutduğu yüyəni boşaltmaq, onun istəyini yerinə yetirmək niyyətində deyildi.

– Ulu Ş…

Bu dəfə tamamlaya bilmədi sözünü. Bir anda qarşısında bitmiş kimi gördü Ağ Şamanı. Atı da ürkdü, bir neçə addım geriyə çəkildi.

Çapar gənc bir igid idi. Həyəcan içərisində nə edəcəyini unutmuşdu. Sonra qarşısındakının Ulu Şaman olduğunu xatırlayıb cəld atından endi, diz üstə çöküb qarşısında heykəl kimi dayanan müqəddəs Göy adamını salamladı.

– Tanrı səni qorusun, Ulu Şaman. Bağışla. Çox vacib vəzifə olduğu üçün sizə səsləndim. Yox-sa gözləyərdim. Gedəcəyim başqa yerlər də var, xəbəri çatdıracağım yerlər, şəxslər…

Sak yurdunda çaparlar xəbərləşməyi təmin edən, məktub daşıyaraq lazım olan yerlərə çatdıran xüsusi yetişdirilmiş igidlər idi. Dayanmadan at çapır, dağ-daş demədən, isti-soyuq bilmədən çölləri gəzirdilər. Onlara at hazırlayan, gecikmədən atlarını dəyişdirmələrini təmin edən və hazır yeməklər təklif edən qonaq yerləri də vardı ki, vəzifələrində yubanma olmasın.

Onlar üçün dayanmaq yox idi. İstirahətləri də, yuxuları da, yeməkləri də, içməkləri də at üstündə olurdu. Yorucu vəzifə olduğu üçün tez-tez çaparlar dəyişdirilir, yerlərinə yeniləri təyin edilirdi. Onların işini əngəlləməyin, onları gecikdirməyin ağır cəzaları olurdu.

İgidin təcili yola çıxmalı olduğunu bilən Ağ Şaman sözü uzatmadan, – “Söylə!” – dedi.

Çapar ayağa qalxdı. Əzbərində olan məlumatı onu göndərənin adından birnəfəsə söylədi:

– Sak xaqanı Alp xan xəstəliyə düçar olub. Uzun zamandır, bunu bilmədən yatır. Xaqanlıq həkimləri, təbiblər dərdinə çarə tapa bilmədilər. Xanın həyat yoldaşı Tomris


xatın Sak ölkəsindəki müqəddəs Göy üzü ərənlərinə xəbər yolladı ki, hamısı paytaxta gəlsin. Alp xanın dərdinə dərman tapsınlar.

Buyruq bu idi.

– Sənə də bu əmri çatdırdım, Ulu Şaman! – çapar igid sözlərini tamamladı.

– Yaxşı, – dedi Ağ Şaman. – Buyruğu aldım. Gedə bilərsən, igid! Yolun uğurlu olsun.

Г‡apar yerindЙ™n qalxД±b ЕџamanД± salamladД±, sonra da atД±na minib yoluna davam etdi.

Ağ Şaman bir müddət durduğu yerdəcə heç tərpənmədən onun uzaqlaşmasını izlədi. İgidin atının dırnaq səslərinə diqqətlə qulaq asdı. Çapar gözdən itdikdən sonra çadırına geri qayıtdı.

GedЙ™rkЙ™n yolda dГјЕџГјndГј:

– Sak xanı xəstələnib! Çox pis… Müharibə qapımızdadır.

Müharibə, yağı basqınları hər zaman olub. Hər zaman da olacaq. Bu döyüşlərdə həmişə xalqlar əziyyət çəkir. Bu müharibələr nəticəsində əldə olunan sülh barışıqları sanki pozulmaq üçün bağlanırdı.

Hələ Sak elinin günbatan tərəfinə düşən, get-gedə böyüyən təhlükə elə təsirliydi ki, yer üzünü yandırıb-yaxırdı. Uzaqlardan gələn xəbərlər ta oralara qədər bu yanğının ağrısını daşıyırdı.

Günbatan tərəfə doğru istila yürüşünə başlayan farslar mütləq üzlərini Sak yurduna da çevirəcəkdilər. Keçmişdən gələn istilaların təkrarlanması an məsələsi idi. Hökmdar Kir şöhrətini daha da geniş coğrafiyalara yaymaq üçün Sak yurdunu işğal etmək, onları məğlub etmək istəyirdi. Yeni İran-Turan savaşı yaxınlaşmaqdaydı.

İran adlandırılan torpaqlarda qurulan fars dövləti…

Dövlət idarəçiliyinə Əhəməni xanədanı hakim olduqdan sonra qana boğmuşdu yer üzünü.

Başını yellədi Ağ Şaman. Xalqını böyük çətinliklər gözlədiyini bilirdi. Üstəlik, Sak xanı Alp xan xəstələnmişdi və yerinə keçəcək heç kim yox idi. Oğlu İsparqa Tiqin


hələ on dörd yaşında yeniyetmə idi. Əgər Alp xana nəsə olsa…

“Sak böyükləri belə çətin vəziyyətdə, böyük ehtimalla müharibənin başlayacağını bildikləri üçün kiçik uşağın taxta çıxmağına etiraz etsələr…” – düşünürdü Ağ Şaman.

Ona iş tapşırılmışdı. Ona görə də ağlına belə suallar gəlirdi. Yoxsa Ulu Göy üzü ərənləri dövlət işlərinə qarışmazdılar. Onların işi Göy üzü və bilinməzlərdi.

“Sümüklərdən


məsləhət almalı, gələcəyi soruşmalı, ruhlarla məsləhətləşməli idi”.

HЙ™kimlЙ™rin, tЙ™biblЙ™rin vЙ™zifЙ™lЙ™ri tamamlanmalД±ydД± ki, onlar Г§aДџД±rД±lsД±n.

Bu xЙ™stЙ™liyin sЙ™bЙ™bi nЙ™dir? NЙ™ oldu Alp xana? NЙ™ olacaq sonu? BЙ™s sak xalqД±nД±n gЙ™lЙ™cЙ™yi nЙ™ olacaq?

Bu qədər sıxıntı və narahatlıq içərisində onlara ümid verəcək, rahatlandıracaq bir işıq var idi – Tomris xatın.

Alp xanın birinci xatını, sakların sevib-saydıqları, gözəlliyi, bir o qədər də ağlı, bacarığı dillərə dastan olmuş Tomris xatın…

Xalq, həqiqətən, çox sevirdi onu. Alp xana gənc yaşda həyat yoldaşı olmuşdu. Gözəl, dillərə düşən bu sevgi hekayəsinin sonunda Sak yurdunda günlərlə davam edən toy mərasimi qurulmuşdu.

Xalqının da, xan sülaləsinin də gözlədiyi varis – taxta çıxacaq oğlan övladı əvəzinə ard-arda üç qız dünyaya gətirmişdi Tomris xatın. Onların ardından bir müddət Tanrı övlad verməmiş, daha sonra Tomris xatın bir oğlan doğmuşdu. Bu dəfə oğlan dünyaya gəldiyi üçün Sak yurdunda böyük el şənliyi olmuşdu. Alp Ər Tonqanın qanından olan, yer üzünü şərəfləndirən bu oğlan xan soyunun davamı demək idi.

AdД±nД± Д°sparqa qoydular.

“Tanrı Alp xanı qorusun!”

Əgər Tomris xatın oğlunun yanında olsa, əlbəttə, İsparqa Tiqin Sak taxtına sahib çıxaraq dövləti idarə edə bilərdi. Buna qurultay qərar verəcəkdi.



Axır vaxtlar baş verənlər heç də ürəkaçan deyildi.

“Hələ fala baxaq görək”, – deyə Ağ Şaman öz-özünə dedi.





Fars dövləti və hökmdar Kir



Dövlət var, bütün dünyaya ədalət yayar. Bu ədalətin müsbət təsiri bütün varlığında əks olunar. O dövlət elə şəkildə idarə edilər ki, dövlət, əsl dövlət olar.

Dövlət də var, işi müharibə etmək, qan tökməkdir. Sərhədlərinin uzandığı yerlərdən fəryad səsləri yüksələr. Onun işi idarə etmək yox, əzməkdir.

Xalqlar həmişə öz idarəçiliyi ilə fərqlənirlər. Bu idarəçilik əsasında dövlətin yeritdiyi siyasət müəyyən edilir.

Dövlət millətlə, xalqla dövlət olur!

Turanın əzəli düşməni İranda hakimiyyət, əsrlər keçdikcə, sülalədən sülaləyə, xanədanlıqdan xanədanlığa ötürülərək idarə olunurdu. Turan dövləti ilə müharibə heç ara vermədən davam edirdi. İki tərəfin də tərəqqi və tənəzzül etdikləri dövrlər olmuşdu. İranda hakimiyyətə gələn hər hökmdar öz idarəçiliyi dövründə dönüb Turan elinə baxmışdı. Orda keçmiş döyüşlərin izlərini görmüş, unudulmaz igid Alp Ər Tonqanın yaşayan xatirəsinə düşmənə çevrilmişdi.

Son dövrün ən böyük, ən güclü dövlətidir İran torpaqlarında hökmdar olan fars dövləti. Fars dövlətinin meydana gəlməsi və hökmdar Kirin taxta çıxması tarix xəttinin dəyişməsidir.

Uzun zaman Д°ran midiyalД±larД±n


hakimiyyЙ™ti altД±nda yaЕџadД±. HЙ™min midiyalД±lar ki, Г¶zlЙ™ri dЙ™ xeyli mГјddЙ™t saklarД±n hakimiyyЙ™ti altД±nda yaЕџamД±ЕџdД±lar.

Saklar çətin günlərdə şimala çəkilib öz doğma yurdlarında yaşadıqları zaman midiyalılar üstünlüyü ələ keçirmiş və bütün bölgəni, bölgədə yaşayan millətləri hakimiyyətləri altına almışdılar. İran Midiya eli olmuş, hətta Babil xaric, bütün Assuriya midiyalıların hakimiyyəti altına keçmişdi.

Bu ГјstГјnlГјk uzun mГјddЙ™t davam etdi.

Midiya hökmdarı Keykavus öldükdən sonra Astiaq Midiya taxtına çıxdı.

Astiaqın qızı oldu. Adını Mandana qoydular. Mandana dünyaya gəldikdən qısa müddət sonra yuxulara və falçılara inanan, onlar olmadan addım belə atmayan hökmdar yuxu gördü.

Mandananın oturduğu yeri sel aparır, bu sel əvvəlcə paytaxtı basır, sonra bütün yer üzünü tutur. Hökmdar Astiaq yuxudan oyandıqda bunun mənası olduğunu, ona verilən ilahi işarə kimi qəbul etmək lazım gəldiyini düşünərək dindarları, falçıları və maqları bir yerə yığdı. Hökmdarın yuxularını yozmaq, gələcəklə bağlı fal açmaq üçün sarayda saxlanılan maqlar, adətən, baş verə biləcək hadisələr haqda danışırdılar. Söylədiklərinin düz çıxması, hadisələri öncədən görə bilmələri sarayda onların mövqeyini daha da gücləndirmişdi. Hökmdar kahinlərin hər sözünə inanırdı.

Astiaq yuxusunu maqlara danışdı və yozumunu istədi. Onların isə o dəqiqə söyləyə biləcəkləri sözləri yox idi. Çünki yuxu yozumları və fikirlərinin düz çıxmadığı vaxtlarda hökmdar onlara qarşı amansız olurdu.

Falçı maqlar öz aralarında uzun müddət müzakirə apardıqdan sonra hökmdara belə cavab verdilər:

– Böyük hökmdar, gördüyünüz yuxu sizi gələcəyə dair xəbərdarlıq işarədir.

Söz gələcəkdən düşəndə hökmdar edilməsi mümkün hər şeyə al atardı. Məhz buna görə də falçıları diqqətlə dinləməyə başladı.

– Yeganə övladınız olan qızınız yetkinlik yaşına çatanda çox diqqətli olmalısınız. Onun evliliyinin sizinlə birbaşa əlaqəsi olacaq. Çünki qızınızdan dünyaya gələcək oğlan uşağı böyüyüb taxt-tacınızı ələ keçirəcək, sizi yox edəcək, Midiya dövlətinə son qoyacaq. O uşaq bütün dünyanın başına bəla olacaq!

Falçıların yuxu ilə bağlı fikirləri hökmdarın dərin düşüncəyə daldırdı. Öz nəslindən, qızından dünyaya gələcək uşağın dövlətini yıxacağı, Midiya xanədanlığını yox edəcəyi nə demək idi? Nə üçün öz soyundan olan hökmdar qurduğu imperiyanın taxt-tacına çıxmayacaqdı ki?

Maqların sözlərindən təsirlənən hökmdar bir anlıq qızını öldürmək haqqında düşündü, ancaq yeganə övladına qarşı bunu edə bilmədi. Xanımının da buna icazə verməyəcəyinə əmin idi. Həm də əgər belə addım atsaydı, xalqına nə deyəcəkdi? Xalq bir yuxuya görə, doğma qızını öldürən hökmdarın arxasında durmazdı.

Astiaq dövrünün müdrik alim və mütəfəkkirlərinə də yuxusunu danışdı, ancaq onların da sözləri ağlına batmadı. Fərqli çıxış yolları məsləhət görülsə də, hökmdar sonda belə qərara gəldi:

– Qızımı əsilzadə ailədən gələn biri ilə evləndirməsəm, ondan dünyaya gələcək körpə də taxt iddiasına düşə bilməz!

Mandana yetkinlik yaşına çatanda hökmdar Astiaq qızını əsilzadə ilə evləndirsə, gələcəyinin qaranlıq olacağını, qurduğu imperiyanın əlindən gedəcəyini düşünərək onu kölələrindən birinə vermək qərarına gəldi. Beləliklə, kölədən dünyaya gələcək uşağın onun üçün təhlükəsi olmayacaqdı. Heç kim kölə övladının taxta çıxmasını istəyə bilməzdi. Kölənin oğlu kölə kimi yaşayacaq, saraya yaxınlaşa bilməyəcəkdi.

Beləcə, Astiaq qızının özündən uzaqlaşmasına göz yumdu. Onun hesabına görə, Midiya dövlətinin gələcəyi bu yolla xilas olacaqdı.

Hökmdar Astiaq qızını Kambiz adında fars əsilli köləyə ərə verdi. Bundan sonra neçə vaxtdır, ona rahatlıq verməyən fikirlərdən az da olsa, uzaqlaşdı. Onları ölkənin mərkəzindən kənar vilayətə göndərdi.

O, falçı maqların köməyi ilə gələcəkdə özünü gözləyən böyük təhlükədən xilas olduğunu düşünürdü.

Aradan bir neçə il keçdikdən sonra hökmdar Astiaqın qızı Mandana saraydan uzaqda, kölə olan həyat yoldaşından övlad dünyaya gətirdi. Bu oğlan uşağı doğulan zaman hökmdar Astiaq yenidən qorxulu yuxu gördü. Gördü ki, Mandananın oğlu dünyaya gəlib və uşağın əlində bir ağac bitir. Ağacın budaqları böyüyür, böyüdükcə ona dolanır, dolanır, nəhayət, onu sıxaraq boğur.

Gördüyü yuxu Astiaqa çox pis təsir etdi. Ertəsi gün səhər yenidən maqları çağırtdıraraq yuxusunu onlara danışdı. Maqlar uzun zamandır, onu gözləyən təhlükənin yaxınlaşdığını, hətta çox yaxında olduğunu söylədilər. Hökmdar bu yozumu dinlədikdən sonra daha da həyəcanlandı. Çünki qurduğu imperiyanın sonunu gətirəcək uşaq artıq dünyaya gəlmişdi. O, bu oğlanı mütləq yox etməliydi. Artıq oturub gözləməyin mənası qalmamışdı.

Astiaqın qızı Mandana övladına Kir adını verdi. Uşağın xüsusi xarakteri, fərqli xüsusiyyətləri yox idi. Əgər bəxti, taleyi dəyişməyəcəkdisə, adi kölə övladı kimi yaşayacaqdı.

Astiaq MidiyanД±n Й™silzadЙ™ ailЙ™lЙ™rindЙ™n olan, Г¶zГјnГјn sadiq adamД± hesab etdiyi Harpaqosu yanД±na Г§aДџД±rdД±. BaЕџ verЙ™nlЙ™ri ona danД±ЕџД±b dedi:

– Qızım Mandananın oğlu Kir öldürülməlidir! Hansı şəkildə edirsənsə, et, yeganə tələbim bu işi tez zamanda yerinə yetirməndir. Bunun üçün hər şey sənin xidmətindədir. Onu öldür və dəfn et! Bu barədə də heç kimə, heç nə danışma.

Hökmdar həm öz doğma qanından olan bir uşağın öldürülməsini istəyir, həm də bunu heç kimin bilməməsini tələb edirdi. Çünki gələcəkdə azyaşlı uşağı öldürən hökmdar kimi xatırlanmaq istəmirdi.

Astiaqın danışdıqlarından təsirlənən Harpaqos həm Midiyadakı əsilzadə ailələrdən birindən gəldiyi üçün, həm də öz hakimiyyətlərinin süquta uğramasından qorxaraq çətin də olsa, kralın dediklərini yerinə yetirməyə qərar verdi. Yanına ordudan sayılıb-seçilən bir neçə əsgər götürdü və Mandananın kölə həyat yoldaşı ilə birlikdə yaşadığı uzaq vilayətə yola düşdü. Bu vəziyyət qarşısında heç nə edə bilməyən yazıq qadın və həyat yoldaşı Kambiz nə qədər müqavimət göstərməyə çalışsalar da, yeganə övladlarını onların əlindən xilas edə bilmədilər. Kirin əsgərləri müqavimət göstərən kölə Kambizi öldürdülər. Mandananı isə təkbaşına orada buraxdılar.

Harpaqos bu ağ bezə bükülmüş və ona yazıq baxışlarla baxan körpəni öldürməyə qərarlı olsa da, bacarmadı. Əsgərlərini arxada buraxaraq həyəcanlı şəkildə Mandananın yaşadığı kasıb vilayəti tərk etdi.

Qucağındakı uşaq isə sakit şəkildə sonunu gözləyən qurban idi.

Harpaqos hЙ™miЕџЙ™ aДџlД±na vЙ™ mЙ™ntiqinЙ™ gГјvЙ™ndiyi hЙ™yat yoldaЕџД±na baЕџ verЙ™nlЙ™ri danД±ЕџdД±:

– Hökmdarın əmridir. Bu uşaq öldürülməlidir, ancaq vicdanım yol vermir, onu öldürüm. Mənə kömək et!

Qadın çox vicdanlı insan idi. Belə ədalətsiz şəkildə körpənin öldürülməsinə icazə verə bilməzdi. Baş verənlərə görə həyat yoldaşına əsəbləşdi:

– Əsla gözümün önündə belə ədalətsizliyin olmasına razılıq verə bilmərəm. Əgər kral öz qanından olan körpənin öldürülməsini çox istəyirdisə, nə üçün bunu özü etmədi? Biz qatil deyilik.

– Bəs nə edəcəyəm? Çox çarəsizəm. Əgər verdiyi əmri yerinə yetirmədiyimi öyrənsə, boynumu vurdurar, – Harpaqos dedi.

Həmin gecə səhərə qədər düşündülər. Axırda bu işi başqasına həvalə etməyi qərarlaşdırdılar. Beləliklə, günahda şərik olsalar da, haqsız yerə öldürülən körpənin qatilləri özləri olmadıqları üçün az da olsa, təsəlli tapacaqdılar.

Harpaqosun qəddar köləsi var idi. Adı Mitradat olan kölə insanları öldürməyi özünə vəzifə bilir, bu işi tərəddüd keçirmədən edirdi. Harpaqos bunu son çıxış yolu hesab etdi və onu səslədi:

– Mitradat, səndən çox gizli və məsulliyyətli bir işi yerinə yetirməyini istəyirəm. Ancaq bu işin səbəbini soruşmayacaqsan!

– Buyurun! Əmr edin, sahibim. Sizin əmriniz nə olursa-olsun, yerinə yetirməyi özümə borc bilirəm.

– Gördüyün bu körpəni götür və öldür. Hansı şəkildə öldürməyini mən daxil olmaqla, heç kimə söyləmə. Əgər uşaq yaşasa, gələcəkdə hamımızın başına bəla olacağını unutma!

Bu, əslində, Mitradat üçün elə də çətin tapşırıq deyildi. Sahibinin əmrini dərhal qəbul etdi. İşi yerinə yetirəcəyi təqdirdə qarşılığında çox böyük mükafat alacağını yaxşı bilirdi. İnsan qanı axıtmaqdan həzz alan qatil kölə günahsız körpəni qucağına alıb getdi.

Harpaqos körpəni uzaq bir yerdə öldürməyi tapşırmışdı. Ona görə də kölə üçün atlara qoşulmuş araba hazırlatmış, bir də bir neçə əsgər ayırmışdı. Bu günə qədər sahibindən aldığı hər tapşırığı yerinə yetirən insafsız qatil bu körpəni də asanlıqla öldürəcəkdi. Onu arabanın altına qoyub əzər və ya sıldırım qayadan ata bilərdi. Ancaq o, bir anlıq qəribə hisslərə qapıldı. Nə olursa-olsun, sahibi üçün əhəmiyyətli və dəyərli olan bu körpə uşağı həyat yoldaşına göstərməliydi. Onsuz da bu dəfəki ovu onun üçün təhlükəli deyildi, istədiyi an axırına çıxmaq olardı.

Bütün bunları düşündükdən sonra Mitradat sahibinin tapşırdığı dəyərli körpənin kim olduğunu, sahibinin ona hansı dərəcədə etimad etdiyini həyat yoldaşına göstərmək qərarına gəldi. Həyat yoldaşı hamilə idi. Yaxın zamanda dünyaya övlad gətirməli idi. Mitradat həyat yoldaşının oğlan doğmasını istəyirdi. Bunun üçün nəzir deyib niyyət eləmişdi.

O, evinə gəlib çatanda içəridən fəryad səsləri eşidildi. Nə baş verdiyini anlamaq üçün həyəcanla evə tərəf getdi. İçəri daxil olanda gördükləri onu dəhşətə saldı. Uşaq xəstə və zəif olduğu üçün elə doğulan kimi dünyadan köçmüşdü.

Həyat yoldaşının söylədiyi ağılar onu sarsıtdı. Aylarla bətnində bəslədiyi övladının səsini eşitmədən o dünyaya yola salması qadına çox pis təsir etmişdi.

Bu əsnada Mitradatın qucağındakı körpə ağlamağa başladı. Baş verənlərdən sarsılan həyat yoldaşı eşitdiyi səs qarşısında nə edəcəyini bilmədi.

– Bu uşaq kimdir? – soruşdu.

Mitradat mЙ™sЙ™lЙ™ni hЙ™yat yoldaЕџД±na danД±ЕџdД±. QadД±n baЕџ verЙ™n bu hadisЙ™lЙ™r qarЕџД±sД±nda tЙ™Й™ccГјbГјnГј gizlЙ™dЙ™ bilmЙ™di. HЙ™yat yoldaЕџД±nД±n danД±ЕџdД±qlarД± vЙ™ bir az Й™vvЙ™l baЕџ verЙ™nlЙ™r onun uzun dГјЕџГјncЙ™lЙ™rЙ™ dalmasД±na sЙ™bЙ™b oldu. QadД±n sarsД±lmД±ЕџdД±:

– Sən indi barmaq boyda körpəni öldürəcəksən? Günahsız uşağın canını necə ala bilərsən? Əslinə qalsa, dünyaya gətirdiyim övladın sevincini yaşaya bilməməyimin səbəbini günahsız insanları vicdansızcasına öldürməyində, tökdüyün qanlarda, səbəbsiz yerə qətl etdiklərinin qarğışlarında görürəm. Bu qarğışlar körpəmi məndən aldı. Əlbəttə, bu, uca Tanrının ədalətinin təcəssümüdür. Bəli, övladım vicdansız davranışlarının qurbanı oldu.

– Bu mənim vəzifəmdir, –Mitradat dedi, – əlimdən başqa iş gəlmir. Allah məni…

– Bəsdir! – həyat yoldaşı qışqırdı. Bu zaman səsi elə kəskin çıxdı ki, körpə fəryad etməyə başladı.

Qadın həyat yoldaşından uşağı istədi. Onu ana şəfqətilə qucağına alıb əmizdirdi. Uşağın acgözlüklə əmməsi necə acdığını göstərirdi. Bu qədər yolda, bu qədər çətinliklər içərisində nə cür sağ qalmışdısa, başqa ananın südünü öz doğma anasınınkı kimi qəbul elədi. Qadının sevincdən gözləri doldu, ağlamağa başladı. Həyat yoldaşı bu mənzərə qarşısında susub qalmışdı, artıq nə edəcəyini belə bilmirdi. Bu hal bir neçə dəqiqə davam etdi. Nəhayət, heç nədən xəbəri olmayan uşaq qadının qollarında yuxuya getdi.

QadД±n hЙ™yat yoldaЕџД±na yalvardД±:

– Nə olar, mənə hədiyyə et bu körpə balanı! Öz övladımın yerinə qoyaram, ona övladım kimi baxaram. Körpəmizin yoxluğunu hiss etdirməz, onu əvəz edər. Öz südümlə bəsləyərəm. Məni ana, səni ata bilər. Heç kimə bu haqda heç nə demərik. Onu doğma övladımız kimi böyüdərik.

Qadının yalvarış və ağlayışlarını görən Mitradat təklifi qəbul etdi. Beləliklə, körpə uşaq, gələcəyin böyük Kiri ölümdən xilas edildi. Neçə dəfə ölümün bir addımlığında olsa da, onu qoruyan qorudu.

Artıq özünə ata-ana tapmışdı. Tanrı onun yaşamasını istəmişdi. Bu körpə hələ bir aylığında bu qədər çətinliklər qarşısında yaşamışdısa, demək ki, yaşayıb qarşıda onu gözləyən böyük işləri yerinə yetirməliydi. Məhz bu səbəblərə görə Tanrı onun yaşamasını istəyirdi. Kral Astiaq bütün cəhdlərə əl atsa da, Tanrının yazdığı yazıdan qaça bilmədi.

Körpə artıq başqa ad almışdı. Adi kölə idi. Böyük hökmdar Astiaqın doğma qanından olan nəvəsi kölə Mitradatın oğlu kimi böyüməyə başladı. Atasının yaşadığı həyat onun gələcək tərbiyəsinə təsir edəcəkdi. Çünki atası vicdansız, rəhmsiz qatil idi. O qatilin oğluydu. Bundan sonrakı həyatını da elə qatil oğlu kimi davam etdirəcəkdi.

Kir on yaşlarında olanda qatıldığı uşaq oyunu onun gələcəkdə kim olacağına dair işarələr verdiyi üçün ibrətamiz hadisə kimi hər kəsin dilində dastana çevrildi.

Uşaqlarla çöllük ərazidə oyun oynayırdılar. Adi uşaq oyunu idi. Ancaq Kirin uşaqlarla arasında olan söhbət onun gələcək alın yazısının təsadüfi göstəricisi idi. Belə ki, çöldə oynayan uşaqlar aralarından kral seçməli idilər. Kir cəld ortaya atılaraq: – “Əlbəttə, hökmdar mən olmalıyam! Mən dünyaya hökmdar olmaq üçün gəlmişəm!”– dedi.

Bu, gələcəkdə reallaşacaq həqiqətin ifadəsi idi. Necə oldu ki, uşaqlarla oyun oynayan zaman durduğu yerdə Kir bu sözləri dedi?!

Uşaqlar Kiri hökmdar seçdilər. Kir bundan sonra uşaqlara onun üçün saray hazırlamalarını əmr etdi. Elə gerçək əmrlər verib oyunu elə oynayırdı ki, sanki sarayda hökmdarın taxta çıxmasını gözləyən vəzirlər və digər şəxslər onu izləyirdilər. Kir artıq ordusunu da qurmuşdu. Taxt kimi hazırlatdığı taxtanın üzərində oturmuşdu. Əsgərlərinə və vəzirlərinə göstərişlər verirdi. Oyun oynayan uşaqların birinə xəbər gətirmək (çapar) vəzifəsi tapşırılmışdı. Bu uşaq Midiya əsilzadələrindən birinin oğlu idi. Vəzifəsini bəyənməyən oğlan Kirlə üzbəüz duraraq: – Bəsdir! Sus! Sənin hökmdarlığını qəbul etmirəm. Sən kölənin oğlusan. Mənim atam isə əsilzadə ailənin övladıdır. Hökmdar mən olmalıyam, sənin kimi qatil oğlu yox! – dedi.

Kir Г§ox Й™sЙ™bilЙ™Еџdi.

– Tutun bu xaini, – deyərək əsgərlərinə əmr verdi. Uşaqlar onu dinlədilər. Kir əmrinə qarşı gələn uşağı bağlatdırdı və yetişdiyi mühitin təsiri ilə onu qamçıladı.

Uşaq onun əlindən xilas olan kimi təngnəfəs qaçaraq atasının yanına getdi. Yaralarını göstərib baş verənləri danışdı:

– Bir kölənin oğlu məni döydü.

Oğlanın atasının adı Artembar idi. O, eşitdiklərinə inanmaq istəmirdi. Necə ola bilərdi ki, adi kölə oğlu onun oğluna bu şəkildə cəza versin? Artembar birbaşa ortaya çıxıb Kirin qatil atasına qarşı durmağa cəsarət etmədi. Nə də olmasa, arxasında əsilzadə Harpaqos var idi. Yəni sahibindən xəbərsiz köləyə cəza vermək istəsə, Harpaqos əvəzini daha artıq şəkildə çıxardı.

Ona görə də beynində böyük sual işarələri, biraz da keçmişdə olanlardan yaddaşında qalanları xatırlayaraq baş verənləri danışmaq, izah etmək üçün hökmdarın yanına yollandı.

Beləliklə, uşaq oyunu sarayda böyük müzakirələrə səbəb oldu. Artembar olanları, necə baş vermişdisə, o şəkildə hökmdara danışdı:

– Ey kral Astiaq, əziz və yaxın dostun Harpaqosun köləsi Mitradatın oğlunun etdikləri bunlardır. Necə ola bilər ki, bir kölənin oğlu belə arzuda olsun? Oğluma qamçı vurulması əmrini o, hökmdar kimi göstəriş vermək üçün kimdən əmr ala bilər?

Hökmdar Astiaq həmin ərəfələrdə, əvvəllər olduğu kimi, yenə narahat yuxular görməkdə idi. Falçı maqlar da hökmdarın yuxusunu hər zamankı kimi yozurdular.

Alın yazısı ilə bağlı onların yozumlarını eşitmək isə hər dəfə onun ağlını başından alırdı. Maqların təhlükə kimi dəyərləndirdiyi və yuxuda gördüyü gəncin hələ uşaq ikən öldürdüyünü söyləyən yaxın dostu Harpaqosu dəfələrlə sorğu-sual etsə də, onu şübhə gəmirirdi.

Astiaq Kirin dərhal hüzuruna gətirilməsini əmr etdi. Əsgərlər hökmdarın əmrini yerinə yetirmək üçün cəld yola düşdülər. Kralın hüzuruna gətirilən Kir yaşından böyük və zəhmli görünürdü. Uşaqlıqdan elə mühitdə böyümüşdü ki, hökmdarın hüzurunda olmağın onun üçün həyəcanı və qorxusu yox idi. Astiaq onu görən kimi özü ilə onun arasında oxşarlıqlar axtarmağa başladı. Uşağı daha da yaxşı tanımaq üçün suallar verməyə başladı. Bu sualların hamısının cavabını bildiyi halda, yenə də sorğu-suala davam edirdi, çünki içini gəmirən şübhələr uşağın cavabında gizlənmişdi.

– Sən! – dedi – Bir kölənin oğlu olduğun halda, sarayımda əsilzadə ailədən gələn uşağı qamçılamaq əmri vermək cürətini özündə necə tapdın? Kimdir sənə bu ixtiyarı verən?

Kir hökmdarın gözlərinin içinə baxdı. Onun gözlərində bu sualları verən hökmdara qarşı nifrət, qəzəb var idi. Kral çox sarsılmışdı. Bu yaşda olan uşaqdakı kinin, qəzəbin səbəbi nə idi?

– Əfəndimiz! – dedi Kir, – Mən ədalətli qərar qəbul etdim. Əsgərlərimə verdiyim əmrə əməl etməyən, boyun əyməyən uşağa cəza verməyi əmr etdim. Yerimdə olsaydınız, bu şəkildə qərar qəbul etməyəcəkdinizmi? Oyun da olsa, uşaqlar məni öz aralarında hökmdar seçiblərsə, o zaman əmrlərimə tabe olmalı, dediyim hər sözü yerinə yetirməlidirlər!

Hökmdar təəccübləndi. Nə deyəcəyini bilmədi. Qarşısında alovlu danışan bu uşağın qızına oxşarlığı o qədər çox idi ki. Mütləq bu işi axıra qədər araşdırmalı, əsl həqiqətləri öyrənməli idi. Kirin atası əliqanlı kölə olan Mitradat idi. Əsgərlərinə o qatili tapıb hüzuruna gətirmələrini əmr etdi. Baş verənlərdən təsirlənən Mitradat elə düşünürdü ki, bütün həqiqətlər ortaya çıxıb və hökmdar onu edam etdirmək üçün hüzuruna çağırır. Artıq geriyə yol yox idi, mütləq Kirə sahib çıxmalı idi. Ona görə də yenə sahib çıxdı.

– Bu kimdir? – deyə hökmdar soruşdu.

– Hökmdar sağ olsun, oğlumdur!

– Sənin yalan söylədiyini bilirəm, – dedi hökmdar, – əgər elə indicə həqiqəti söyləməsən, səni işgəncə verməklə danışdıracağam.

Hökmdarın özündən əmin səsi və təhdidi qarşısında Mitradat bir anlıq susdu. Bu vəziyyətdə hökmdar onu sorğulamaq əvəzinə bir neçə il əvvəl uşağı öldürmək üçün verdiyi Harpaqosu yanına çağırdı. Artıq həqiqətin ortaya çıxma zamanı gəlmişdi.

– Mənə həqiqəti söylə, – deyərək qəzəbli şəkildə çığırdı, – qızımın dünyaya gətirdiyi uşağı öldürmək üçün sənə verdim. Onu öldürməyini əmr etmişdim. Geri qayıtdıqda uşağı öl-dürdüyünü dedin. Ancaq indi qarşıma çıxan bu həqiqətlər verdiyim əmri yerinə yetirmədiyini söyləyir.

Harpaqos baş verənlərdən elə təsirlənmişdi ki, artıq nəsə danışmaq çox çətin olmuşdu. Bununla belə, daxilində rahatlıq var idi ki, bir vaxtlar öldürülmək üçün verdiyi uşaq yaşayırdı.

– Mən qatil deyiləm, böyük hökmdar! – deyərək sözə başladı, –əlbəttə, öldürməyə cəhd etdim, ancaq bacara bilmədim. Ancaq bu işin əhli olan qatil köləm var idi. Bu vəzifəni yerinə yetirməyi ona tapşırdım. O da mənə uşağı öldürdüyünü söylədi. Vəzifəsini yerinə yetirməyən köləmdir. Yenə də günahım varsa, o da körpəni öldürmədiyimdir.

Artıq həqiqətlər ortaya çıxmışdı. Üstəlik, baş verənlərdən xəbər tutmuş Mandana da yaşadığını öyrəndiyi oğluna sahib çıxmaq üçün hökmdarın yanına gəlmişdi.

Tanrı Kirin yaşamasını istəmişdi. Çünki qarşıda onu daha böyük amallar uğrunda mübarizə gözləyirdi. İnancı sağlam olan hökmdar: – “Deməli belə olmalıydı. Bu mənim alın yazım, qismətimdir, dəyişdirilə bilməz. Hər nə qədər də inandığım, sadiq bildiyim insanlara bu yazının dəyişdirilməsi üçün əmr versəm də, heç biri yerinə yetirilməmiş qaldı” – düşündü.

Hökmdar baş verən hadisələr qarşısında başqa cür davranıb fərqli əmrlər versəydi, bəlkə də, Tanrı onu bağışlamazdı.

Bütün bunlara baxmayaraq hökmdarı daxildə narahat edən hiss var idi. Artıq yox etmək istədiyi nəvəsi Kir deyildi.

– Madam ki, işlər bu həddə gəldi, artıq ediləcək bircə şey qalır, o da öz soyumdan olan nəvəm Kirin böyüklüyünü qəbul etmək. Onu yetişdirsəm, taxtımı ona bağışlasam, onu tərbiyə etsəm, hər şey nəzarətimdə olacaq.

Daxildə belə düşüncəyə qapılsa da, ən yaxın dostu, sirdaşı olan Harpaqosa qarşı nifrəti azalmırdı. Çünki onu narahat edən bu məsələ çoxdan açılmalı və həll edilməliydi. Astiaq indi bir məsələ haqqında düşünürdü: əmrini dinləməyən, hər dəfə həqiqəti soruşduğu halda, yalan söyləyən Harpaqosu necə cəzalandırmalıdır?

– Harpaqos, sənin bir oğlun var, elə deyilmi?

– Bəli, əfəndim!

– O halda, onu saraya gətir. Nəvəm artıq sarayda yaşayacaq. Oğlun onunla dost olsun. Birlikdə böyüsünlər! Bundan sonra onların birlikdə təlim alıb böyüyəcəkləri yer saraydır.

Harpaqos çox sevinmişdi hökmdarın ona cəza vermədiyinə. Ona görə də oğlunu saraya gətirməyə tərəddüd etmədi. Halbuki, hökmdar ona layiqli cəza verməyi artıq qərarlaşdırmışdı.

Astiaq Harpaqosun oДџlunu tikЙ™-tikЙ™ doДџratdД±rdД±.

Harpaqos nЙ™ qЙ™dЙ™r yalvarsa da, kral onu baДџД±ЕџlamadД±.

Sonra hökmdar maqları yenidən hüzuruna çağırdı. Onların fala baxmalarını, qarşıda onu gözləyən hadisələr haqda xəbər vermələrini əmr etdi. Bundan başqa, nəvəsi Kiri gözləyən hadisələr haqqında da danışmalarını istədi:

– Onun üçün yazılan Tanrı yazısını dəyişdirmək mümkündürmü?

Maqlar fal açıb bir müddət öz aralarında müzakirə apardıqdan sonra bu fikirə gəldilər:

– Əgər Kir hələ yaşayırsa və özlüyündə hökmdarlığını elan edibsə, bu adi uşaq oyunudur, burda narahat olmalı heç nə yoxdur. Hökmdar üçün yazılan yazı dəyişdirilib. Kirin oyunda hökmdar olması artıq bütün pis fikirləri yox edib. Yuxularda gördükləriniz həyata keçdi və hökmdarlığınız davam edir. Deməli, Kirdən qorxmaq, çəkinmək üçün heç bir əsas qalmayıb.

Bununla belə, onlar yenə də Kirin fars köləsinin qanını daşımasını təhlükə hesab edirdilər. Halbuki, o zamanlar çox zəif olan farsların hakimiyyəti ələ keçirmələri imkansız görünürdü. Belə olduqda, ən düzgün yol uşağın saraydan uzaq yerdə saxlanılması idi.

Kral Kiri hüzuruna çağırdı. O, maqların sözlərindən yenə də təsirlənmişdi. Kirin saray yaxınlığında olması hökmdar üçün təhlükə ola bilərdi.

– Sən mənim nəvəmsən. Gördüyüm yuxunun yozumuna görə, sənə ədalətsizlik etdim. Ancaq gördüm ki, Tanrının yazısına qarşı gəlmək olmaz. Bunu sənin burada – hüzurumda olmağınla gördüm. Nə etsəm də, sən yaşadın və bu yaşa gəlib çatdın. Uşaqlığının keçdiyi yerə – farsların yanına qayıtmağını istəyirəm. Saray mühiti sənə uyğun deyil. Çünki midiyalı deyilsən. Atanın mənsub olduğu insanların içərisində böyüməlisən!

Kirin yaşı kiçik olsa da, baş verən hadisələrdən çox təsirlənmişdi. Onu böyüdən, tərbiyə edən atası bir vaxtlar onu öldürmək üçün alan kölə imiş. Yeni tanıdığı anasından yenidən ayrılmaq, eşitdiklərin ürəyində hökmdara qarşı nifrət oyadırdı.

Bu yaşda bu qədər mürəkkəb hadisələrin ağırlığını daşımaq çətin idi. Ancaq o, doğma anasının yanında yaşamaq, atasının qisasını almaq, haqqı olanı əldə etmək üçün and içdi.

Bunu bacardД± da.

Oğlunun itirən Harpaqos nə edəcəyini bilmirdi. Hökmdardan ona verdiyi bu cəzaya görə qisas almaq üçün məqam gözləyirdi. Məhz buna görə Kirdən əl çəkmədi. Uzaqdan da olsa, yüksək səviyyədə yetişməyi və öyrənməsi üçün əlindən gələn köməyi göstərdi. Bütün ehtiyaclarını qarşıladı, ona çoxlu qızıl göndərdi. Xüsusi müəllimlər tutdu, onu yetişdirdi və gələcəyə hazırladı.

– Bir vaxtlar hökmdarın gördüyü yuxunu yozan maqların dediklərinin gerçəkləşməməsi üçün çalışırdım, indi isə bunların tezliklə həyata keçməsi üçün əlimdəki bütün imkanları səfərbər etmişəm!

Kir nifrətlə böyüyür, çox zalım şəxs kimi yetişirdi. Uşaqlıqdan aldığı tərbiyə və daha sonra baş verənlər onun qanı sevən insan kimi yetişməsinə səbəb olmuşdu. Artıq atasını öldürən, anasına olmazın əziyyətlər verən hökmdarın düşməni idi. Özünün fars olduğunu bilirdi, Midiya hökmranlığının sona çatması haqda düşünürdü.

Harpaqos bunu bacarmД±ЕџdД±, istЙ™yinЙ™ yetmiЕџdi.

Kirin artıq bir məqsədi var idi: hökmdar Astiaqa layiq olduğu cəzanı vermək!

Bu işlər üçün gizli fəaliyyət göstərir, özünə sadiq adamlar seçirdi. Onu qızıl və qiymətli hədiyyələrlə Harpaqos təmin edirdi. Farslar artıq qoşun şəklində formalaşmağa başlamışdılar. Uzun zamandır arzusunda olduqları rəhbəri tapmışdılar. Artıq köləliklərinin sona çatacağı günün yaxın olduğunu bilirdilər.

Zamanı gələndə farslar üsyan qaldırıb öz hakimiyyətlərini quracaqdılar. Artıq özlərini midiyalıların asılılığından xilas edəcək hərəkata başlamışdılar. Midiyalılarla farslar arasında bir neçə qanlı döyüş oldu. Farslardan sayca çox və silah-sursat cəhətdən qat-qat üstün olan bu qeyri-bərabər döyüşlərdə midiyalılar məğlub oldular. Bu müharibədə hamının yenilməz, qüdrətli hesab etdiyi güclü Midiya ordusu döyüş meydanlarında biabırçı məğlubiyyət yaşadı. Bu onları alçaldıcı vəziyyətə saldı. Artıq gözünü qan tutmuş Kirin içindəki nifrət vulkanı coşmuşdu. Qarşısını heç cür almaq mümkün deyildi. Kir kütləvi qətllər törətdi. Midiya ordusunu bir neçə dəfə ard-arda məğlubiyyətə uğratdıqdan sonra artıq heç kim onun qarşısına çıxmağa cürət etmirdi. Kirin törətdiyi qətllər zamanı hökmdarı farslara qarşı həmişə qızışdıran, sarayda böyük söz, nüfuz sahibi olan falçı maqlar da öz cəzalarını aldılar. Hökmdarın gələcəklə bağlı yuxularını yozan, onu müəyyən işləri görməyə yönləndirən bütün kahinlər çarmıxa çəkildilər. Hamının gözlədiyinin əksinə olaraq Kir babası hökmdar Astiaqı öldürmədi. Onu öz yanında əsir kimi saxladı və hər kəsin gözü qarşısında alçaltdı.

Dünyanı lərzəyə salan böyük hökmdar Kirin qəhrəmanlıq hekayəsi budur.

O, hökmdar olduqdan sonra dünyanın hər yerinə ordu yeritmiş, çoxlu sayda xalqları öz əsarəti altına salmış, böyük ərazilər işğal edib öz imperiyasını qurmuşdu. Kir çox böyük və güclü ordu yaratmışdı. Məhz bu ordunun qüdrəti hesabına qurduğu imperiyanın şanı bütün dünyaya yayıldı. Artıq Kir və ordusu haqda qəhrəmanlıq dastanları söylənilirdi. Girdiyi bütün meydan müharibələrindən qalib çıxması ona qarşı vuruşmaq istəyən qüvvələri də qorxuya salmışdı. Ümumilikdə, ordunun böyük və qüdrətli olması, həmçinin bu dəstələrin, əsasən, uzun müddət midiyalıların boyunduruğu altında yaşayan farslardan ibarət olması, fars döyüşçülərinin meydandakı şücaəti onları daha da məğlubedilməz edirdi. Kir elə ordu yaratmışdı ki, qabağına çıxmağa heç bir dövlət cürət etmirdi. Bu, çəyirtkə sürüsü kimi işğal etdiyi hər yerdə hər şeyi məhv edən, qabağına çıxan nə varsa, hamısını dağıdan ordu idi. Əstgərlər nizamlı şəkildə hərəkət edir, intizamın qorunmasına birbaşa hökmdar Kir nəzarət edirdi.

Bundan baЕџqa, Kir Г¶zГјnЙ™ sadiq Й™sgЙ™rlЙ™rdЙ™n qoЕџun dЙ™stЙ™si yaratmД±ЕџdД±. Bu dЙ™stЙ™ ordunun Й™sas hЙ™rЙ™kЙ™tverici qГјvvЙ™si idi. Eyni zamanda bu dЙ™stЙ™ dГјЕџmЙ™n ordusunu qorxuya salan, lЙ™rzЙ™yЙ™ gЙ™tirЙ™n Й™sas qГјvvЙ™ idi.

Qəddar döyüşçülərdən ibarət bu qoşuna Kirin ən sadiq əsgərləri başçılıq edirdi. Onlara “Ölümsüzlər” dəstəsi deyirdilər.

Əsası farsəsilli döyüşçülərdən ibarət on minlik bu ordu döyüşlərdə qəddar davranışları, meydanda qansız hərəkətləri ilə qarşı tərəfi dəhşətə salmaq, onlara vahimə yaşatmaq üçün qurulmuşdu. Geyimləri, davranışları düşmən ordusuna qorxu və çaşqınlıq yaşatmaq üçün əsas silahları idi.

Bütün dünyaya hökmdar Kirin ruhunu göstərirdilər.

Əbəs yerə hökmdar Kir onlara “Ölümsüzlər!” demirdi.

Bəli, onlar ölümsüz idilər, çünki sayları heç dəyişmirdi. Hər dəfə on min əsgərdən ibarət olurdular.

Bu sayın dəyişməsinin hökmdar Kirə uğursuzluq gətirəcəyini söyləmişdi falçı kahinlər. Məhz bu səbəblə, ölən, xəstələnən, yaralanıb döyüşlərdə iştirak edə bilməyən hər əsgərin yerini başqası tuturdu.

Say qorunduğundan adlarını “Ölümsüzlər” qoymuşdular.

“Ölümsüzlər” Kiri mühafizə edirdilər. Döyüşlərdə onun ətrafında mövqe tutur, birbaşa döyüş meydanına atılmaları və döyüş tapşırıqlarını yerinə yetirmələri üçün hökmdarın əmrini gözləyirdilər. Onun əmri olmadan heç nə etmirlər, düşmən bir addımlıqlarında olsa belə.

Onlar üçün bağışlamaq, rəhm etmək anlayışı yoxdur. Qəddarlıqları, rəhmsiz davranışları sadiq olduqları hökmdarları Kirin ruhunu əks etdirirdi. Hər biri meydanda rəhmsiz, qəddar Kir idi. Döyüş vərdişlərinə yiyələnmələrinə də, döyüş təlimlərinə də Kir nəzarət edirdi. Dünyanı lərzəyə salmaq, dəhşət yaşatmaq üçün bütün qorxunc cəza tədbirlərini tətbiq edirdilər. Bəzi tarixçilərin yazdıqlarına görə, o zamana qədər heç bir orduda bu qədər qəddar, vəhşicəsinə cəza tədbirləri görülməmişdi. Bu cəzalardan istifadə işğal ediləcək növbəti ordunun əsgərləri arasında qorxu salmağa hesablanmışdı. Bu üsulla neçə-neçə döyüşdə çox asanlıqla qələbə qazanırdılar.

Hökmdar Kir onları digər döyüşçülər arasından xüsusi olaraq seçirdi. Bu dəstəyə seçilmək üçün ordu içərisindəki əsgərlər arasında rəqabət gedirdi. Ordudakı ən hündürboylu, cüssəli, ən qüvvətli olanlar seçilir, xüsusi döyüş təlimləri keçirdilər. Hətta əsir götürülən əsgərlər üzərində qəddarlıq və işgəncə vermək bacarıqları da nəzərə alınırdı.

Seçilmişlər xüsusi döyüş hazırlığı keçirdilər. Onların hər şeyi xüsusi idi.

Zirehləri, qorxulu, şeytan təsvirli maskaları, dəbilqələri, silahları vardı. Geyimlərinin üzərinə qızıl ulduz şəkilləri çəkilmişdi. Geyindikləri geyimlər günəşin altında parlayırdı. Bu da onların daha vahiməli görünməsinə səbəb olurdu.

Bu vəhşi və qəddar əsgərlərin adları qısa zaman ərzində hər yerə yayıldı. Adlarından çox qəddarlıq və vəhşilikləri haqqında xəbər yayılmışdı. Keçdikləri yerlərdə bir canlını da sağ buraxmırdılar. Hər kəs ölsün, onlar isə ölümsüz qalsınlar.

Farslar Г§ox fЙ™rqli Й™nЙ™nЙ™yЙ™ sahibdilЙ™r. Д°nandД±qlarД± vЙ™ sitayiЕџ etdiklЙ™ri Г§oxlu tanrД±larД± vardД±. DemЙ™k olar ki, hЙ™r evin Г¶z tanrД±sД± olurdu. Ancaq onlar baЕџqa millЙ™tlЙ™r kimi inandД±qlarД± tanrД±larД±n heykЙ™llЙ™rini hazД±rlamД±r, adlarД±na sitayiЕџ etmirdilЙ™r. GГјnЙ™ЕџЙ™, aya, torpaДџa, oda, suya vЙ™ kГјlЙ™yЙ™ inanД±r, onlara qurbanlar kЙ™sirdilЙ™r.

FarslarД±n Г§ox fЙ™rqli qurban kЙ™smЙ™k ayinlЙ™ri vardД±.

Tanrılarına qurban deyən insan bu istəyini həyata keçirmək üçün qurbanını alır və təmiz yerə aparır, başına ağac budağından tac qoyurdu. Bu tac qurbana olan sayğıdan irəli gəlirdi. Qurban hansı Tanrıya kəsilirsə, o tanrının da adı söylənilirdi. Bu zaman bütün fars xalqı və kral üçün dua edilirdi. Çünki heç kimin qurban qarşılığında qazanılacaq yaxşılıqları yalnız özü və tayfası üçün istəməyə haqqı yoxdu.

Qurban kəsilib Tanrıya təqdim edildikdən sonra ayrı-ayrı parçalara ayrılır, bişirilirdi. Yerə xüsusi otlar sərilir, bundan başqa, yerə təmiz parça salınaraq ətlər onun üzərinə düzülürdü. Əgər yaxınlıqda kahin və ya falçı maq varsa, dualar oxunur, tanrının şəninə təriflər söylənilirdi. Qurban kəsən adamın tayfası, ailə üzvləri və fars xalqı üçün yaxşı arzular edilirdi. Qurban kəsildikdən sonra ət kəsilməsi mərasimi çox davam etmirdi. Falçı maqın müəyyən etdiyi zamanda yerə sərilmiş parçanın içərisindəki ətlər qalmaq şərtilə qalanlar yığılıb aparılırdı. Bundan sonra qurban ətindən hansı şəkildə istifadə etmək istəyirlərsə, bu artıq onların öz qərarları olurdu. Beləliklə, qurban mərasimi tamamlanırdı. Qurban kəsənlər bu ətləri istəsələr, özləri yeyər, ailə üzvlərinə və tayfalarına paylayar, istəsələr, tamamilə kənar insanlara paylaya bilərlərdi. Bu, onların iradəsinə bağlıydı.

Fars xalqında şəxsin dəyəri xalq içərisindəki mövqeyi, döyüş meydanlarında göstərdiyi igidliklərə, övladlarının sayına görə müəyyən edilir. Bir şəxsin nə qədər çox övladı varsa, ona bir o qədər çox hörmət göstərilir.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475208) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация